Bahodir Nasimov: Hakim penaltimizi vermədi
25.10.2010 - 14:47
“Turan"la heç-heçəyə görə çox məyus olmuşduq. Həmin oyunda son dəqiqələrdə vacib qələbəni əldən verdik. Bu görüşdən sonra xal itirməyə haqqımız yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Bahodir Nasimov deyib.
Özbəkistanlı hücumçu klubun rəsmi internet saytına açıqlamasında Unibank Premyer Liqasının X turunun “Gəncə” ilə qarşılaşması haqda fikirlərini bildirib: “Son turda "Gəncə" "Xəzər-Lənkəran"ı 4:1 hesabı ilə darmadağın etmişdi. Ona görə "Gəncə" ilə oyuna ciddi hazırlaşmışdıq. Fikrimcə, hakim bizə qətiyyən kömək eləməyib. Əksinə, "Gəncə"nin müdafiəçisi arxadan Mpenzanın ayağına açıq-aşkar zərbə endirəndə, hakim rəqibə qırmızı vərəqə göstərməli idi ki, bunu da elədi. Məncə, bu düzgün qərar idi”.
Nasimov görüşün hakimi Elçin Məmmədovun “Gəncə”nin qapısına penalti təyin etməməyindən narazı qalıb: “Üstəlik, baş hakim bizə kömək eləyibsə, hesab 1:1 olanda Flavinyoya qarşı kobud oyuna görə niyə "Gəncə"nin qapısına yüz faizlik penaltini təyin etmədi? Bir sözlə, "Neftçi" öz gücünə qələbə qazandı”.
Qeyd edək ki, Bahodir Unibank Premyer Liqasının ən yaxşı bombardiridir.

0
0