“Turan”ın I diviziona düşəcəyinə inanmıram”
25.10.2010 - 14:52
“Xəzər Lənkəran”la oyunda qol imkanlarımız oldu, dəyərləndirə bilmədik. Xüsusilə, ikinci yarıda daha yaxşı oynadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın yarımmüdafiəçisi Viktor Qonta deyib.
Yayda “Turan”la müqavilə imzalayan moldovalı futbolçu Tovuz təmsilçisinin əsas heyət oyunçularındandır. Əsasən gənclərə şans verən əyalət klubu bir neçə legioneri heyətdə saxlamaqla onların təcrübəsindən yararlanmaq niyyətindədir. Son oyunda “Xəzər Lənkəran”a məğlub olan “Turan” cari mövsümdə qələbə qazanmayan yeganə komandadır. Moldovalı futbolçu nəticə qazana bilməmələrinin səbəbini belə izah edib: “Komanda getdikcə öz oyununu tapır. Gənclərdən qurulan və mübariz komandamız var. Ola bilsin, təcrübəsizlik sonda nəticə qazanmağımıza imkan vermir”.
Birinci dövrənin son oyununda MOİK-lə qarşılaşacaq Tovuz təmsilçisi “qolsuzluq orucu”nu pozmaq istəyir. Bunun üçün Revaz Dzodzuaşvilinin yetirmələri “hərbçilər”i yenməlidir. Qazanılacaq qələbə, əyalət klubunun turnir cədvəlinin sonuncu pilləsindən qurtulmasına da yardımçı olacaq: “Məşqlərimiz qaydasında davam edir. Uşaqlar çox istəklidirlər. Həftəsonu MOİK-lə qarşılaşacağıq. Əlbəttə, ilk qələbəmizi qazanmaq istəyirik. “Turan” Premyer Liqanın köklü klublarından biridir. Bu komandanın birinci diviziona düşəcəyinə inanmıram”.

0
0