NBC Bank Azərbaycan kubokunun rəsmi sponsoru oldu
25.10.2010 - 16:11
Bu gün Peşəkar Futbol Liqası və NBC Bank arasında XIX Azərbaycan kubokunun titul sponsorluğu haqqında müqavilə bağlanıb. Apasport.az saytının məlumatına görə, "Hyatt Regency" mehmanxanasının "Bakı" zalında təşkil edilən tədbirdə tərəflər arasında bir illik anlaşma imzalanıb. Əməkdaşlığının rəsmiləşməsi ilə sabah startı verilən turnir NBC Bank Azərbaycan kuboku adlanacaq.
Bankın Marketinq Departamentinin rəisi Vasif Əliyev KİV-lə əməkdaşlığa xüsusi diqqət yetirəcəklərini bildirib: “Bu müddətdə televiziya, radio, mətbuatla sıx əlaqə quracağıq. Kubokun hər mərhələsində ən yaxşı oyunçu, bombardiri, məşqçisi, hakimi qapıçısı və sair seçərək, onları mükafatlandıracağıq. Hətta ən yaxşı azarkeşi də seçib, ona hədiyyə vermək fikrindəyik. Bunda da əsas məqsəd turnirə azarkeş marağını daha da artırmaqdır”.
Qeyd edək ki, PFL-lə Unibank Kommersiya Bankı arasında ötən il imzalanan 3 illik müqavilə ilə milli çempionatımız Unibank Premyer Liqası adlanır.

0
0