Türkiyə yığması daha bir braziliyalını milliləşdirmək istəyir - FOTO
25.10.2010 - 16:50
Türkiyə millisi heyətini braziliyalı Cekson Avelino Koelo (Jaja) ilə gücləndirməyi istəyir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qus Hiddink “Trabzonspor” və “Gənclərbirliyi” görüşünü canlı izlədikdən sonra belə qərara gəlib.
Hollandiyalı mütəxəssis bu matçda “bordo-maviləri” hesabda önə keçirən topu vuran Jaja üçün artıq Trabzon klubunun prezidenti Sadri Şenerə müraciət edib: “Jaja mənim yığmada görmək istədiyim bir futbolçudur. Onun durumuna baxaraq, Türkiyə vətəndaşı edə bilərsinizmi? Əgər bu mümkünsə ondan milli komandada yararlanmaq arzusundayam”.
Şener də öz növbəsində 24 yaşlı, 189 sm boyu olan hücumçunun fikrini öyrənəcəyinə söz verib. Prezident bildirib ki, Hiddinkin oyununa heyran qaldığı Jajanın “ay-ulduzlu” formanı geyinməsi mümkün ola bilər. “Bu məsələni araşdıracam. Bu nədən belə olmasın?” – deyən Şener Hiddinki bir qədər də ümidləndirib.
Braziliya yığmasında çıxış etməyən Jaja razılıq verəcəyi halda, birbaşa Türkiyə milli komandasında oynamaq hüququ qazanacaq. Ukraynanın “Metallist” klubundan transfer olunan sambaçı ilə bu həftə konkret söhbətlər aparılacaq.
Qeyd edək ki, rəqibimiz bundan öncə də braziliyalı Mehmet Aurilionu da milliləşdiriblər. Onların bu arzusu da baş tutsa, Jaja “ay-ulduzlu” komandada ikinci sambaçı olacaq.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0