Nostalji
25.10.2010 - 17:25
Sabah startı veriləcək növbəti Azərbaycan kuboku nostalji hisslər oyadır. Vaxtilə kuboku qazanmağın bir addımlığınada olan “Şəmkir”, “Karvan” və “MKT-Araz” klubları bu dəfə tam fərqli statusda mübarizə aparırlar.
Vaxtilə həm çempionluğa, həm də kuboka iddialı olan əyalət təmsilçiləri indi ən acı günlərini yaşayırlar. Təsadüfi deyil ki, “üçlük” indi qüvvələrini güclülər dəstəsində yox, I divizionda sınayırlar. “Şəmkir” ümumiyyətlə, 5 illik fasilədən sonra bərpa olunub. Çempionlar Liqasında ilk mərhələ adlayan komandamız 2005-ci ildə dağılandan sonra hətta I divizionda da oynamırdı. İki dəfə - 1999 və 2004-cü illərdə kubokun finalına çıxan “Şəmkir”in titul qazanmasına hər iki halda “Neftçi” imkan verməyib.
“Karvan”la “MKT-Araz”la bir-biri ilə düşdüyündən, onlardan biri mübarizəni elə ilk mərhələdə başa vuracaq. Yevlax təmsilçisi tarixinin ən yaxşı ilini keçirdiyi 2006-cı ildə kubokun finalında oynayıb və “Qarabağ”a uduzub. Bundan bir il sonra isə “MKT-Araz” həlledici görüşə çıxdı və “Xəzər Lənkəran”a yenildi.
Yeri gəlmişkən, İmişli klubunun “Xəzər Lənkəran”la 2005/06 mövsümündə kubok oyunları tarixə düşdü. Məsələ ondadır ki, komandaların 1/4 finalda oyunlarının nəticəsi (İmişlidə 0:0, Lənkəranda 1:1) ləğv olunaraq, yenidən keçirildi. Bu da “MKT-Araz”ın heyətində “lipa” çıxan ukraynalı futbolçu Yevgeni Şimana görə legioner limitinin pozulması idi. 2006-cı ildə “Şəfa” stadionunda 4 günə keçirilən oyunların hər ikisində 1:0 hesabı ilə qalib gələn lənkəranlılar yarımfinala çıxmışdı.
Müxtəlif illərdə milli çempionatımızda iştirak edən “Bakılı” 2004-cü ildə ölkə kubokunun finalına çıxmağa çox yaxın olub. Belə ki, komanda həmin vaxt yarımfinalda “Neftçi”yə yalnız oyun sonrası penaltilər seriyası ilə yenilir. Güclülər dəstəsində oyun təcrübəsi böyük olan Qusar “Şahdağ”ının kubokda ən böyük uğuru iki dəfə (1993 və 2001-ci illərdə) 1/4 finala çıxması olub. MOİK yarımçıq qalan 2001/02 mövsümünü də nəzərə alsaq, 5 dəfə (1998, 2001, 2002, 2004, 2005-ci illərdə) 1/4 finala çıxsa da, kubokda bundan artığına gücü çatmayıb.
Daim birinci dəstə təmsilçisi olan Neftçalanın “Anşad-Petrol” klubu son illərdə kuboka daim qatılsa da, adətən elə ilk mərhələdə mübarizəni dayandırır. “Neftçi İSM” debüt etdiyi ötən mövsümdə MOİK-i kubokdan kənarlaşdırsa da, növbəti mərhələdə yenildi. “Rəvan” həmin vaxt elə ilk mərhələdə “Gəncə”yə müqavimət göstərsə də, sonda mübarizəni dayandırdı. Cari mövsümdən oynayan “Şuşa” çempionatımızda olduğu kimi, kubokun da debütantıdır. I divizionun lideri “Abşeron” 3 il öncə kubokda keçirdiyi debüt və yeganə mövsümündə ilk mərhələni keçsə də, sonradan “Neftçi” ilə görüşlərdə heç qol da vura bilməyib – 0:3 və 0:1.
Qeyd edək ki, 1/16 final iştirakçılarından “Gəncə” kuboku ən çox qazanan iki komandamızdan biridir. Onun sələfi olan “Kəpəz” (1994, 1997, 1998, 2000-ci illərdə) “Neftçi” kimi 4 dəfə turnirin qalibi olub.
Azərbaycan kuboku, 1/16 final mərhələsi
26 oktyabr
"Karvan" – “MKT-Araz"
"Bakılı" - "Neftçi" İSM
"Anşad Petrol" - "Şuşa"
"Şəmkir" - "Rəvan"
27 oktyabr
"Şahdağ" - "Gəncə"
"Abşeron" - MOİK
Mehman SÜLEYMANOV

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0