“Şaferin fəaliyyətindən mən də narazıyam”
25.10.2010 - 23:02
“Çoxları məni klub prezidentinin oğlu kimi tanıyır”
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun apasport.az saytına müsahibəsi
- Futbolla aranız necədir?
- Çox yaxşı. Amma bütün günü oturub futbola baxan deyiləm. Heç dünya çempionatında da bütün oyunlara baxmıram. Adətən azarkeşi olduğum komandaların görüşlərini izləyirəm. Təbii ki, "Bakı" oynayırsa, imkan olanda mütləq izləyirəm. Bir məsələyə də toxunmaq istəyirəm: Ölkə daxili başqa oyunlara baxmıram.
- Hə vaxtdan futbolla maraqlanırsınız?
- Futbola maraq məndə 1998-ci ildən yaranıb. Həmin il Fransada keçirilən dünya çempionatından sonra futbolla maraqlanıram. O vaxtdan İtaliya millisinin azarkeşiyəm. Azərbaycanda isə klubları tanımırdım. Mən də hamı kimi "Nefçi"yə azarkeşlik edirdim, amma "Bakı" yarananadək.
- Deyirsiniz ki, İtaliya yığmasının azarkeşisiniz. Başa çatan dünya çempionatında bu komandanın uğursuzluğuna üzüldünüzmü?
- Çox, amma nəsə onlarda alınmadı.
- Sizcə, niyə belə uğursuz çıxış etdilər?
- 2002-ci ildə Fransa millisi də bu aqibəti yaşamışdı. 98-də Fransada çempion oldular, 4 il sonra çempion kimi gəldikləri turnirdə qrupdan çıxa bilmədilər. Deyirlər, bu futboldur, hər şey olur, həqiqətən də elə alındı. İtaliya millisi həmişə güclü müdafiə xəttinə malik olub. Bu dəfə isə çox zəif idi. Başqa amillər də var, o komandada oyunu üzərinə götürən, nəticəni dəyişə bilən oyunçu yoxdur artıq. Bu da bir problem idi. Françesko Tottini CAR-a aparsaydılar, məncə, nəticə başqa cür olardı. Köhnə oyunçulardan bəzilərini gətirməliydi baş məşqçi. Di Nataleyə, Yakintaya böyük ümidlər vardı, amma o oyunçular heç nə edə bilmədilər.
- Sizi kənarda biznesmen, yoxsa klub prezidenti Hafiz Məmmədovun oğlu kimi tanıyırlar?
- Dostlarım məni elə özümə görə tanıyırlar. Atam biznesmendir, amma "Bakı" klubunun adı mətbuatda, televiziyada daha çox hallandığından, çoxları məni klub prezidentinin oğlu kimi tanıyır.
- Bəs atanız klubu himayəsinə götürəndə, buna reaksiyanız necə oldu?
- Əvvəl sevinirdim. Çox maraqlı gəlirdi mənə. Yenə düzünü deyəcəm, indi atamın klub rəhbəri olmasına sevinmirəm. Çünki buna görə onun sağlamlığı əlindən gedir. Oyunlar zamanı həddindən artıq çox stress, həyəcan keçirir, narahat olur. Bu da onun sağlamlığına ziyandır və bir oğul kimi buna razı ola bilmərəm.
- "Bakı" ailənizin olandan sonra futbola marağınız daha da çoxaldı, yoxsa elə də fərq etmədi?
- Təbii ki, oldu. Məsələn, oyun qaydalarından, futbolçu transferlərindən, klub idarəçiliyindən heç bir anlayışım yox idi. Sonra isə bunları necə həyata keçirilməsini öyrəndim.
- Bilirsiniz, bu sualı niyə verdim, "Mançester Yunayted"in sahibi olan Qleyzerlər ailəsində bir çoxları futbolla maraqlanmır. Hətta ailə üzvlərindən biri söyləmişdi ki, "Mançester Yunayted" onun üçün heç bir doğmalıq əhəmiyyəti daşımır...
- "Bakı" mənim üçün çox doğmadır. Təkcə bizim komanda olduğu üçün yox. "Bakı" çempion olandan sonra məndə tamam başqa hisslər yaratdı. Bəzən elə olur ki, uduzanda da kövrəlirəm, udanda da.
- "Bakı"nın hansı oyunu daha çox yadınızda qalıb?
- "Xəzər-Lənkəran"la matçı çox xoşuma gəldi. Çünki stadionu azarkeşlər tamamilə doldurmuşdular. Bunu haradasa gözləyirdim, ancaq bu qədər çoxlu azarkeşin stadiona gələcəyinə inanmırdım. Düzünü desəm, lap məəttəl qalmışdım. Daxili yarışlarda oyunumuza heç vaxt bu qədər azarkeş gəlməmişdi. Oyunumuz da yaxşı alındı. Stadion dolu olanda futbolçu da daha yaxşı oyun göstərməyə can atır. Arenada 5-10 nəfər varsa, futbolçu hansı stimulla oyun göstərsin və kimə? Bu oyun da bir daha göstərdi ki, həqiqətən də Azərbaycan futbolu inkişafdadır və oyunlara maraq çoxdur. Dövlətimiz bütün sahələr kimi, idmanda da uğur qazanılması üçün çalışır. Bizim də borcumuzdur ki, bu yolda əlimizdən gələni edək.
- Bundan əvvəl də komandanız kubokun qalibi olub. 2005-ci ildə "İnter"i udmuşdunuz. O kubok sevinci sizin üçün yaddaqalan olmuşdu, yoxsa budəfəki?
- Bu dəfə mənə daha çox ləzzət etdi. Çünki bu oyun ətrafında daha çox ajiotaj yarandı. Çoxları dedi ki, birinci qol qaydalar çərçivəsində vurulmadı, bəziləri dedi, düzdür. Çoxları "Ayaks"dan məsəl gətirir. Adi oyun deyil axı bu, final görüşüdür. Bir də ki, əgər qol rəqib qapıçının kobud səhvindən sonra olubsa, buna bizim oyunçular nə etsinlər? Bir də, Bakıda "Ekranas" üzərindəki qələbə. Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində keçirdiyimiz cavab görüşü möhtəşəm alınmışdı. Azarkeşlərə də söz ola bilməzdi. Hamı "Bakı"nı dəstəkləyirdi. Həmin oyunda stadionun tam dolu olması mənə xüsusi ləzzət elədi. Azarkeşlər üçün o oyunda hər şey vardı. Qələbə, gözəl oyun və 6 qol.
- Hazırda "Bakı"da ən çox bəyəndiyiniz oyunçular kimlərdir?
- Təbii ki, birinci Jabadır. Çox sürətli və texnikalı oyunçudur. Həm də forma nömrəsi 85-dir (gülür). Daha əvvəl komandamızda Fernando Peres vardı, o da xoşuma gəlirdi. Bir də ki, Aleksandar Soliç.
- Hansı futbolçuları komandanızda görmək istəyərdiniz?
- Hazırda dünyada məşhur olan ulduz futbolçuları hər bir kəs öz komandasında görməkdən şad olar. Hələlik onların bura gəlməsi mümkünsüz bir işdir. Amma yaşı çox olan oyunçuları gətirmək olar. Necə ki, "Qalatasaray" bir neçə il əvvəl belə edib böyük uğurlar qazanmışdı. Mən Puyolla Ronaldinyonu komandamızda görmək istərdim, amma mümkün deyil bunlar.
- Bəs nə vaxtsa elə də olmasa, ümumiyyətlə, tanınmış oyunçulardan kimlərsə komandanıza gələ bilər?
- Niyə də olmasın?
- Bəs klub rəhbəri olmaq necə?
- O qədər narahatlığı görəndə, istəmirəm. Lakin maraqlı olar. Çünki hər adamın öz ideyası, iş üslubu var. Mən də öz ideyalarımı həyata keçirməyə çalışaram.
- Dünya klublarından hansına azarkeşlik edirsiniz?
- Uşaqlıqdan "Yuventus"un azarkeşi olmuşam. Amma indi o komanda olduqca zəif çıxış edir. "Barselona"nın oyunu da həmişə ürəyimə yatıb. Hətta stadionlarında olmuşam. Atam aparmışdı məni "Nou Kamp"a. İkinci Maradona deyirlər Messiyə, onun oyununa valeh olmamaq mümkün deyil. Sonra Alessandro Del Pyeroya xüsusi rəğbətim var.
- Sizcə, "Bakı" Avropa Liqasında nə qədər irəliləyə bilərdi?
- "Buduçnost"u keçəcəyimizə inanırdım. Epallenin başına gələn hadisə hamımızı çox üzdü. UEFA-nın verdiyi texniki məğlubiyyət komandanın yolunu bağladı. İnanırdım ki, Çernoqoriya klubunu mübarizədən kənarlaşdırsaydıq, minimum qrup mərhələsinədək irəliləyə bilərdik.
- Ancaq Premyer Liqanın cari mövsümündə əldə olunan nəticələr almaniyalı baş məşqçi Vinfred Şaferin fəaliyyətinin effektsizliyini sübut edir.
- Fikrimcə, komandanın hazırkı çıxışı barədə yaxşı söz demək olmaz. Şaferin fəaliyyətindən mən də narazıyam. Futbolçuları düzgün oynatmır, çoxuna şans vermir. Heyətdə stabillik yoxdursa, istənilən nəticələri qazanmaq mümkün deyil. Şaferin işinin gözlədiyimiz səviyyədə olmamasının müxtəlif səbəbləri ola bilər. Yəqin ki, Azərbaycana yeni gəldiyi üçün çempionatın və rəqiblərin səviyyəsi barədə ətraflı məlumatı olmayıb. Həm də komanda üzvlərinin hamısını yaxından tanımalıdır. Düzü, o, gələnədək haqqında elə bir geniş məlumatım yox idi. Yadıma gəlir ki, "Bakı" ilə müqavilə bağladığı həmin günlərdə, sanki Azərbaycan futbolunda "bomba" partladı. Hamı deyirdi ki, Şaferin gəlməsi inanılmazdır, böyük hadisədir. Amma adına görə nəticə vermir hələ ki.
- İndi komandanın oyunu da yoxdur, əvvəl olan da itib.
- Şaferin komandayla tanışlığı davam edir. Yenə deyirəm, hazırkı situasiyanı yalnız bununla əlaqələndirmək istərdim. Gələn 3 oyun da belə getsə, komandanın yaxşı nəticə göstərəcəyinə inamım azalacaq.
- Çıxış yolunu nədə görürsüz?
- Bunu zamanın öhdəsinə buraxaq. Baş məşqçiyə və futbolçulara istənilən şərait yaradılıb ki, normal çıxış etsinlər.
- Çempionluq şansları azalır...
- İkinci dövrə hələ başlamayıb. Qış fasiləsini gözləməliyik. Əlbəttə, hamımız istəyirik ki, "Bakı" adına layiq çıxış eləsin. Yeni ilə belə başlaya bilmərik. Gəlin, ikinci dövrəni gözləyək. Əsas rəqiblərimiz hazırda turnir cədvəlinin üst qatında yer alan komandalardır. Biz onların heç birindən zəif deyilik. Əksinə, gücümüz onlardan da çoxdur. "Bakı"nın ötən illərdə necə çıxış etdiyini bilirsiz. Demək olar, hər mövsümdə medal qazanmışıq. Heyəti gücləndirməkdə məqsədimiz də bu idi ki, Avropada uğur əldə edək. Vəziyyətin belə dəyişməsi mənə də ağır və təəccüblü gəlir.
- Uğursuzluq qeydə alınacağı halda, məsuliyyət kimin üzərinə düşəcək?
- Bu suala heç bir şərh vermək istəmirəm.
- "Qarabağ"ın ardından komandanız "İnter"ə də uduzaraq, "altılığ"a düşmək şansını azaltdı.
- "İnter" öz meydanında oynamasına baxmayaraq, həvəssiz gördüm. İstək yox idi onlarda. Komandamıza qarşı əvvəlki oyunlarını göstərmədilər, bununla belə, yenə qalib gəldilər. Bizimkilər də heç oynamadılar. Mən "Bakı"da oyun görmədim.
- Futbolçuların günahı varmı bu uğursuzluqlarda?
- Bəli, onların da günahı az deyil. Hamısını demirəm, bəziləri var ki, formasını geyindiyi klubun dəyərlərindən və məqsədlərindən xəbərsizdir.
- Maraqlıdır, komandanın vəziyyətini atanızla müzakirə edirsizmi?
- Bu barədə evdə dəfələrlə söhbətimiz olub. Atam həmişə öz komandasına inanıb. Elə indi də inanır. Pozitiv mövqe tutur. İşlərin axarını gözləyir.

0
0