“Beşiktaş” yenə məğlub oldu
26.10.2010 - 08:53
“Beşiktaş” yenə məğlub oldu
Türkiyə Superliqasında IX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, oktyabrın 22-də start götürən turun son oyunu Kayseridə keçirilib. “Kayserispor” klubu “Beşiktaş”la qarşılaşmanın son dəqiqələrində vurulan qolla növbəti qələbəsini qazanıb. Bu 3 xal meydan sahiblərini turnir cədvəlinin üçüncü pilləsinə daşıyıb. Çempionatda 4-cü dəfə məğlub olan istanbulluların liderlə xal fərqi isə bu turdan sonra 10 xala çatıb.

Qeyd edək ki, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi “Əskişəhərspor” klubu 9 turdan sonra 13-cü pillədə qərarlaşıb.

IX tur
25 oktyabr


”Kayserispor” – “Beşiktaş” – 1:0
Özkal, 90

Xatırladaq ki, Superliqanın IX turu oktyabrın 22-də start götürmüşdü.

22 oktyabr

“Kardemir Karabükspor” – “Əskişəhərspor” – 1:2
Eminike, 52 – Coşkun, 11, Batuhan, 39
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov bu matçda 90 dəqiqə meydanda olub və 2-ci dəqiqədə sarı vərəqə alıb.

“Sivasspor” – “Bucaspor” – 1:1
Eriş, 51 – Daşqıran, 12

23 oktyabr

“İstanbul Böyükşəhər Bələdiyyəspor” – “Qaziantepspor” – 1:0
Köse, 33

“Antalyaspor” – “Konyaspor” – 1:0
Seras,33

“Trabzonspor” – “Gənclərbirliyi” – 3:1
Yılmaz, 68, Jaja, 72, Bulut, 81 – Çalik, 32

24 oktyabr

17:30. “Ankaragücü” – “Bursaspor” – 1:5
Şestak, 6 – Öztürk, 16, Bahadir, 27, Erdoğan, 31, Ergiç, 39, Yıldırım, 45

18:30. “Manisaspor” – “Kasımpaşa” – 2:1
Makukula, 14, Simpson, 30 – Varela, 25

21:00. “Fənərbaxça” – “Qalatasaray” – 0:0

1 Bursaspor 9 7 2 0 18 - 4 23
2 Trabzonspor 9 6 2 1 23 - 7 20
3 Fənərbaxça 9 5 2 2 24 - 11 17
4 Kayserispor 9 6 2 1 14 - 4 20
5 Antalyaspor 9 5 2 2 13 - 12 17
6 Karabükspor 9 4 2 3 15 - 14 14
7 Beşiktaş 9 4 1 4 14 - 10 13
8 Ankaragücü 9 4 1 4 16 - 16 13
9 Qalatasaray 9 4 1 4 12 - 12 13
10 İstanbul BB 9 4 1 4 9 - 9 13
11 Manisaspor 9 4 0 5 15 - 17 12
12 Qaziantepspor 9 2 4 3 6 - 8 10
13 Əskişəhərspor 9 2 3 4 7 - 10 9
14 Gənclərbirliyi 9 2 2 5 7 - 16 8
15 Bucaspor 9 1 4 4 5 - 8 7
16 Sivasspor 9 1 4 4 8 - 20 7
17 Konyaspor 9 1 3 5 9 - 17 6
18 Kasimpaşa 9 0 2 7 6 - 26 2