Petr Çex Kamran Ağayev ola bilmədi
26.10.2010 - 09:45
Petr Çex Kamran Ağayev ola bilmədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) öz ölkələrinin yüksək liqalarında ən uzun “quru seriya”ya malik olan qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, müəyyən dəyişikliklərə məruz qalıb yenilənən cədvəldə artıq 660 dəqiqə həddini keçən 448 göstərici əks olunub.

Ötən siyahı ilə müqayisədə daha 3 seriya qeydiyyatdan keçib. Bunlar ukraynalı qapıçılar Andrey Pyatov (“Şaxtyor”), Aleksandr Qoryainov (“Metallist”) və çexiyalı Petr Çexdir (“Çelsi”, İngiltərə). Onlar yeni qırılan seriyaları hesabına adlarını ən yaxşılar arasına yazdırıblar.

Bu dəyişikliklər Azərbaycan çempionatında qeydə alınıb bu siyahıya düşən 14 göstəriciyə də təsirsiz ötüşməyib. 766 dəqiqə ilə 207-ci olan Pyatov qapıçılarımızdan 7-ni sıxışdıra bilib. 420-ci yerlə kifayətlənən Çexin 671 dəqiqəlik seriyası isə bizimkilər arasında sonuncu olardı. O, Kamran Ağayevin ötən ay müəyyənləşdirdiyi nəticədən də, Rauf Mehdiyevin göstəricisindən də aşağıdır. Qoryainov isə 667 dəqiqə ilə 431-ci yerə şərik olub.

Qeyd edək ki, qapıçılarımızın İFFHS-in siyahısına düşməsində birbaşa apasport.az saytının rolu var. Bu qurumun üzvü olan saytımızın əməkdaşı Vüqar Xeyrullayev əvvəllər digər qapıçılarımızın da göstəricilərini göndərib.

İlk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
2. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
3. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
4. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
5. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
6. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
7. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
8. Samir Səid (“Əl-Ərəbi”) - 1283
9. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275
10. Qaetan Huar (“Bordo”, Fransa) – 1266

Premyer Liqanın İFFHS-dəki təmsilçiləri

23. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
56. Xalidu Sissoko (“Bakı”) – 985 dəqiqə
59. Xalidu Sissoko (“Bakı”) – 971 dəqiqə
62-63. Camaləddin Əliyev (“Qarabağ”) – 958 dəqiqə
69-70. Elxan Həsənov (“Neftçi”) – 943 dəqiqə
156-157. Dmitri Kramarenko (“Karvan”) – 798 dəqiqə
193-194. Dmitri Kramarenko (“Neftçi”) – 772 dəqiqə
233. Rauf Mehdiyev (“Olimpik”) – 746 dəqiqə
236-237. Elşən Poladov (“Bakı”) – 744 dəqiqə
239-241. Nadir Şükürov (“Dinamo”) – 741 dəqiqə
255. Aleksandr Martyoşkin (“Xəzər Lənkəran”) – 735 dəqiqə
283-91. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720 dəqiqə
341-343. Camaləddin Əliyev (“Qarabağ”) – 700 dəqiqə
398-402. Rauf Mehdiyev (“Olimpik”) – 676 dəqiqə