Milli çempionatda qeyri-adi hadisə: 56 yaşlı futbolçu meydana çıxdı - FOTOSESSİYA
26.10.2010 - 10:13
Belarus milli çempionatında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Brest “Dinamo”sunun məşqçisi Yuri Pudışev BATE-ilə oyunun 90-cı dəqiqəsində meydana çıxmaqla, rekorda imza atıb.
Oyun günü 56 yaş 205 günlük olan veteran Belarus çempionatları tarixinə ən qoca futbolçu kimi düşüb. 1982-ci ildə Minsk “Dinamo”sunun heyətində SSRİ çempionu olan Pudışev meydana elə 56 nömrəli forma ilə çıxıb. Qısa müddət ərzində bir neçə dəfə topa toxunan qocaman hətta rəqib qapıçı ilə təkbətək çıxmağa da yaxın olub. Elə bu fəallığın da nəticəsində onu oyunun ən yaxşısı seçiblər.
Qeyd edək ki, Azərbaycan futbolu tarixində də 50 yaşı arxada qoyandan sonra yaşıl meydana çıxan futbolçu olub. Lakin ABN-də çıxış etmiş Əli Quliyev yalnız I divizionda meydana çıxıb.

0
0