“Xəzər Lənkəran”ın növbəti yubileyi
26.10.2010 - 10:28
“Xəzər Lənkəran”ın növbəti yubileyi
“Xəzər Lənkəran” Unibank Premyer Liqasının X turunda “Turan”la ev oyununda yubileyə imza atıb. Apasport.az saytının məlumatına görə, komanda 6 illik tarixində milli çempionatımızda 100-cü qələbəsinə qazanıb. Bununla da Lənkərandakı son görüşdəki uğur xüsusi çəkiyə malik olub. “Xəzər Lənkəran” indiyədək Premyer Liqada 99 dəfə qələbə qazanmışdı ki, “Turan”la görüşdə qazanılan 3 xal çempionatdakı 100-cü qalibiyyət oldu.

Lənkəranlılar bu yubileyi 3 turdur gözləyirdi. Belə ki, “Bakı” ilə (1:1) VIII turun evdə və “Gəncə” ilə (1:4) IX turun səfərdəki görüşlərində 100-cü qələbə arzusu təxirə salınırdı. Bu dəfə isə yubileyə mane olan tapılmadı.

Cənub təmsilçisi tarixinin ilk qələbəsini 2004-cü ildə qazanıb. Bu, 2004/05 mövsümünün II turunun avqustun 12-də “Şəfa” ilə görüşdə reallaşıb – 2:1. 50-ci yubiley qələbəsi isə 2006/07 mövsümünün son turuna, ilk çempionluğunun rəsmiləşdiyi oyuna təsadüf edib. Söhbət 2007-ci il mayın 23-də Qəbələdə “Gilan” üzərində 3:0 hesabı ilə qələbə qazanılan oyundan gedir. “Xəzər Lənkəran” səfər oyununda həm 50-ci qələbəsini, həm də hələ ki yeganə çempionluğu qazanan tərəf olmuşdu.

Mövsüm

Turnir

Oyun

Qələbə

2004/05

Çempionat

35

24

2005/06

Çempionat

26

9

2006/07

Çempionat

24

17

2007/08

Çempionat

26

14

2008/09

Çempionat

26

15

2009/10

Çempionat - I mərhələ

22

12

 

Çempionat - II mərhələ

10

3

2010/11

Çempionat

10

6

Yekun

179

100


Qeyd edək ki, 2004/05 mövsümündə “Şəfa” ilə çempionatın II dövrəsinə təsadüf edən texniki qələbəli (3:0) oyun bu sayda əks olunub. 2009/10 mövsümü iki mərhələdən ibarət olub. İlk mərhələdən sonra 12 klub iki “altılığ”a bölünüb. Onlar birinci mərhələdə toplanılan xallar saxlanmaqla, mübarizəni davam etdirib.

Mənbə: lankaranfc.com