Samir Abasov: Bezmişəm!
26.10.2010 - 10:36
“Müalicəm davam edir. Hər gün həkim nəzarəti altında oluram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Samir Abasov deyib.
2 həftədir yaşıl meydanlardan uzaq düşən 32 yaşlı futbolçu zədəsini sağaltmaqla məşğuldur. Yığmamızın da şərəfini qoruyan müdafiəçinin müalicəsini həm klubun, həm də N.Tusi adına klinikanın həkimləri aparır. Hər gün tibbi personalın nəzarəti altında olan Abasovun nə vaxt oynayacağı bilinmir: “Artıq 12 gündür müalicə olunuram. Boynumu “toka” verirlər. Kurs 20 günlükdür. Təxminən 8 gündən sonra yenidən rentgen müayinəsindən keçəcəyəm. Yaşıl meydanlara dönüşüm nəticələrdən asılı olacaq”.
Oynamaq üçün darıxdığını deyən Abasov bu cür vəziyyətdən bezdiyini dilə gətirib: “Bezmişəm! Adam nə qədər həkimə gedib-gələr. Oynamaq istəyirəm. Zədəli olsam da, komandadan ayrı qala bilmirəm. Hər gün düşərgədə oluram. “Muğan”la keçirilən oyunu izləmək üçün Salyana da getmişdim”.

0
0