“Azərbaycan yığması sadəlövh taktikanın qurbanı oldu”
26.10.2010 - 10:48
“İstənilən prizmadan yanaşsaq, 6:0 hesablı qələbənin yalnız bir adı var: bu böyük nailiyyətdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Şimali İrlandiya millisinin baş məşqçisi Pol Ki deyib.
Avropa çempionatının seçmə mərhələsinin Portuqaliyada keçirilən qrup oyunlarında Azərbaycan yığmasını 6:0 hesabı ilə məğlub edən ada təmsilçisinin çalışdırıcısı həmkarı Adil Şükürovu taktiki cəhətdən məğlub etdiyini bildirib: “Onları 6:0 hesabı ilə məğlub etsək də, Azərbaycan yığması heç də pis komanda deyil. Bizimlə qarşılaşmada onlar taktiki cəhətdən sadəlövhlük göstərdilər və bunun acısını çəkdilər. Bir sıra epizodlarda məhz bu amil bizim xeyrimizə işlədi”.
Qeyd edək ki, 0:6 hesablı məğlubiyyət U-17-nin tarixinə antirekord kimi düşüb.

0
0