“Qızıl top” üçün 23 namizəd
26.10.2010 - 11:53
“Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2010-cu ilin ən yaxşısı adına planetin 23 futbolçusu iddia edir. FİFA və mükafatın təsisçisi “France Football”ın birgə tərtib etdiyi siyahıda İspaniya millisi ilə dünya çempionu titulunu qazanan 7 futbolçu var.
Bu, futbol tarixində yeni mükafatın ilk qalibi olacaq. Belə ki, indiyədək futbol aləmində 2 nüfuzlu mükafat var idi. 50 ildən artıqdır ən yaxşını mükafatlandıran “France Football”un “Qızıl top”u və FİFA-nın təsis etdiyi “Brilyant top”. Bu il isə tarixdə ilk dəfə bu iki qənimət birləşərək, vahid versiyanı müəyyənləşdirəcək. İndi hər iki qurumun respondentləri sorğuya qatılacaqlar. Əvvəllər FİFA yığmaların baş məşqçi və kapitanlarını, fransızlar isə mətbuat işçilərini səsverməyə cəlb edirdisə, indi bu iki sorğunun yekunları cəmlənəcək.
23 namizəd sırasında Xavi Alonso, İker Kasilyas, Sesk Fabreqas, Andres İnyesta, Karles Puyol, David Vilya, Xavi (hamısı İspaniya), Julio Sezar, Maykon, Daniel Alveş (hamısı Braziliya), Miroslav Kloze, Filipp Lam, Tomas Müller, Məsut Özil, Bastian Şvaynştayger (hamısı Almaniya), Aryen Robben, Uesli Sneyder (hər ikisi Hollandiya), Kriştianu Ronaldo (Portuqaliya), Didye Droqba (Kot d`İvuar), Samuel Eto`O (Kamerun), Dieqo Forlan (Uruqvay), Asamoa Qyan (Qana) və Lionel Messi (Argentina) yer alıblar.
Dekabrın 6-da ilk 3 yeri tutanların adları açıqlanacaq ki, yanvarın 10-da Sürixdə baş tutacaq mükafatlandırma zamanı onların hansının neçənci yeri tutduğu bilinəcək.

0
0