AFFA “Neftçi” klubunu cəzalandırdı
26.10.2010 - 12:27
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda ölkə çempionatının X turunda baş verən qanun pozuntularına hüquqi qiymət verilib.
“Neftçi” ilə matçın 39-cu dəqiqəsində “Gəncə”nin futbolçusu Mətləb Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, komandası isə 2 min manat cərimə olunub. Fasilə zamanı “Neftçi” klubunun məşqçisi Bəxtiyar Musayev hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb və paytaxt təmsilçisi 5 min manat cərimə edilib.
“Simurq”la oyunun 89-cu dəqiqəsində Davud Kərimi (MOİK) sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, MOİK isə bu səbəbdən 200 manat ziyana düşüb.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0