Süleymanov qovdu, Dzodzuaşvili qaytardı
26.10.2010 - 12:43
Bir müddət əvvəl ümidləri doğrultmadığı üçün “Turan”dan uzaqlaşdırılan gürcüstanlı yarımmüdafiəçi Georgi Modebadze yenidən heyətə dönüb. Bu barədə apasport.az saytına komandanın rəisi İman Həsənov məlumat verib.
Bu gün düşərgəyə gələn futbolçu baş məşqçidən özünü bir daha sübut etməsi üçün şans verməsini istəyib: “O, qarşıdakı 2 oyunda baş məşqçidən şans istəyib. Deyib ki, əgər yaxşı oynamasam və qol vurmasam, özüm çıxıb gedəcəyəm. Revaz Dzodzuaşvili də iddialı danışan həmyerlisinin məşqlərə qatılmasına icazə verib. Onu bir daha sınayacaq baş məşqçi 2 oyunda Modebadzeyə oynamaq imkanı verəcək. Təbii ki, hələ məşq prosesində onun oynamağa hazır olub-olmayacağı dəqiqləşdiriləcək”.
Xatırladaq ki, mövsümün startından sonra əyalət klubu ilə anlaşan və ilk oyundaca dublunu rəsmiləşdirən yarımmüdafiəçi sonrakı görüşlərdə heç də yaxşı təsir bağışlamamışdı. Buna görə də, klubun prezidenti Musa Süleymanov Modebaze başda olmaqla, 5 legioneri komandadan kənarlaşdırdı.

0
0