“Berti Foqtsdan dəvət gözləyirəm”
26.10.2010 - 13:38
“Gəncə” klubunun hücumçusu, Unibank Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu seçilən Samir Zərgərovun apasport.az saytına müsahibəsi
- Öncə sizi sentyabrın ən yaxşı futbolçusu seçildiyiniz üçün təbrik edirik. Apasport.az saytı da məhz sizi birinci yerə layiq bilmişdi və seçimimiz düz çıxdı...
- Mənə səs verdiyinizə görə sağ olun. Allah mənə səs verənlərin hamısından razı olsun. Təvazökarlıqdan uzaq olsa da, özümü sentyabrın ən yaxşı futbolçusu olmağa layiq sayıram.
- Deməli, ən yaxşı seçiləcəyinizi gözləyirdiniz?
- Bəli. Fikrimcə, seçim düzgündür. Oyunumla özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Bunu qiymətləndirənlərə minnətdaram.
- Əvvəlki klublarınızda daha çox kölgədə, ehtiyatda qalırdınız. İndi oyununuzun yaxşı alınmasını meydana daim əsas heyətdə çıxmaqla bağlayırsınız?
- Əlbəttə, bunun böyük təsiri var. Futbolçu seçimini gərək düzgün, yaxşı etsin. Əslində, əvvəlki klublarımda qol vurmaq şansım daha çox olurdu. Sadəcə, bunlardan istifadə edə bilmirdim. Ola bilsin ki, təcrübəsizlik öz sözünü deyirdi. Allaha şükür ki, indi işlərim yaxşı gedir, vurduğum qolların sayı çoxalıb. “Gəncə”nin “altılığ”a düşməsi üçün əlimizdən gələni edəcəyik.
- Qarşıda komandanızı kubokda sınaq gözləyir. Sabah Qusarda “Şahdağ”la görüşəcəksiniz və qalib bir oyunla müəyyənləşəcək...
- Doğrudur, sabah çətin sınağımız var. Biz kuboka da ciddi hazırlaşırıq. Bu turnirdə şansımızı əldən buraxmamalıyıq. Çalışacağıq ki, imkan daxilində daha çox irəli gedək.
- Onu da nəzərə alaq ki, “Şahdağ”ı keçsəniz, rəqib “Neftçi” olacaq. Çempionatın X turunda 2:6 hesablı məğlubiyyətin əvəzini Gəncədə kubokda çıxa bilərsiniz...
- Elə biz də bunu istəyirik. “Neftçi” ilə kubokda görüşməyi çox arzulayırıq. Bunun üçün “Şahdağ”a qalib gəlməliyik. İstədiyimiz olsa, evdə “Neftçi”yə qalib gəlməyə çalışacağıq.
- Siz də “Neftçi”yə böyük hesablı məğlubiyyətin səbəbini artıq ilk hissədə komanda yoldaşınız Mətləb Məmmədovun birbaşa qırmızı vərəqə alması ilə əlaqələndirirsiniz?
- Biz səfərdə “Neftçi” kimi güclü rəqibə qarşı oynayırdıq. Artıq ilk hissədə azlıqda qaldıq ki, bu da nəticəyə təsir göstərdi. Həmin qərar 90-cı dəqiqədə olsaydı, başqa məsələ. Ancaq flaqmanla oyunun yarıdan çoxunu 10 nəfərlə keçirmək çətindir. Qırmızı vərəqə oyunun qırılma nöqtəsi oldu. Həmin vaxt hesabda 1:2 geridə idik. Hesab 2:6, 2:5, yaxud 2:4 olsun, uduzmaq uduzmaqdır da. Böyük qüvvə ilə qabağa gedib, hesabı bərabərləşdirməyə çalışdıq. Həmin vaxt real qol imkanımız olsa da, heyf ki, bundan istifadə bilmədik. Etsəydik, oyun, nəticə başqa cür olardı. “Neftçi” ilə səfər oyunundan 1 xalla ayrıla bilərdik. Ancaq hücum edən zamanı arxada böyük boşluq yarandı və rəqib bizi əks-hücumlarda tutdu.
- Etdiyi hərəkətə görə Mətləbi qınayırsınız?
- Yox, qınamıram. Saytınız vasitəsilə ona üzümü tutub, üzülməməyi tövsiyə edirəm. Bu, hər futbolçunun başına gələ bilər. Mətləb neçə vaxtdır yaxşı oynayırdı. Bizdə belədir ki, yaxşı oynayanda yaxşı deyirlər, ancaq bir oyun pis oynayan kimi “ay, niyə bilə oldu” deyərək, üstünə düşməyə başlayırlar. Belə olmamalıdır. Mətləbin hərəkəti qırmızı vərəqəlik deyildi. Həmin epizodun yaxınlığında idim. Hətta elə fikirləşdim ki, baş hakim Mətləbə yalnız şifahi xəbərdarlıq edəcək. O, 1-ci dəfədir kobudluq edirdi və həmin epizodda sarı vərəqə vermək olardı. Ancaq Mətləbə birbaşa qırmızı vərəqə göstəriləndə hamımız şoka düşdük.
- Ayın ən yaxşı futbolçusu seçiləndən sonra növbəti hədəfiniz nə olacaq? Yenidən bu mükafata layiq görülmək şansınızı necə qiymətləndirirsiniz?
- Bu uğurla kifayətlənmək fikrində deyiləm. Qarşıdan yaxşı oyunlarımız var. “Qəbələ”, “Bakı” ilə evdə oynayacağıq. Həmin görüşlərdə də yaxşı oynayıb, qol vurmaq istəyirəm. Çalışacağam ki, yenə ayın ən yaxşı futbolçusu seçilim. Hər bir futbolçu bunu arzulayar.
- Bizdə əksər vaxt legionerlər seçilirlər. Bu zaman bir yerli futbolçu kimi sizdə qısqanclıq yaranırmı?
- Qısqanclıq deyəndə ki, legionerlər seçiləndə yerlilər haqda da fikirləşirsən. Niyə biz də olmayaq? Hətta yüksək səviyyəli legioner olanda da istər-istəməz özününkünün seçilməyini arzulayırsan.
- Son vaxtlar adınız yığma ətrafında hallanır. Hesab edirik ki, ən azı yoldaşlıq görüşünə çağırıla bilərsiniz. Üstəlik, ayın ən yaxşı futbolçusu seçilməyiniz sizin üçün yaxşı reklam oldu...
- Elədir. Mən də fikirləşirəm ki, ən azı yoldaşlıq görüşlərinə çağırılıb, sınana bilərəm. İndiyədək əsas yığmada oynamasam da, aşağı yaş qruplarında çıxış etmişəm. Hər bir futbolçu üçün milli komandada oynamaq böyük şərəfdir. Mən də bunu arzulayıram. Özümü yığmada oynamağa hazır sayıram və baş məşqçi Berti Foqtsdan dəvət gözləyirəm.
Mehman SÜLEYMANOV

0
0