Səkkizayaqlı ilbiz Paul ölüb
26.10.2010 - 14:32
Səkkizayaqlı ilbiz Paul ölüb
Bu il Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatı zamanı matçların nəticələri ilə bağlı verdiyi düzgün proqnozlarla məşhurlaşan Paul adlı səkkizayaqlı ilbiz ölüb. APA-nın Rusiyanın “Sovetskiy sport” qəzetinə istinadən verdiyi məlumata görə, Almaniyanın Oberhauzen şəhərindəki okeanariumda saxlanılan dəniz heyvanı oktyabrın 26-da keçinib. İlbiz Paul 2 yaşında idi. Hələlik onun hansı səbəbdən öldüyü bəlli deyil.

Qeyd edək ki, səkkizayaqlı ilbizlər adətən 4-4,5 il yaşayır.