Mərkəzi görüşlər Əhmədovla Yusifova tapşırıldı
29.10.2010 - 12:47
Mərkəzi görüşlər Əhmədovla Yusifova tapşırıldı
AFFA-nın Hakimlər Komitəsi Unibank Premyer Liqasının XI turunun oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşmaları Rövşən Əhmədov və Fariz Yusifova tapşırılıb.

Əhmədov 3 turluq cəzadan sonra yenidən Premyer Liqa matçına çıxaraq, “Qarabağ”la “Xəzər Lənkəran” arasında oyunu idarə edəcək. Yusifov isə “Bakı” və “Neftçi” arasında paytaxt derbisində söz sahibi olacaq.

30 oktyabr

15:00. "Turan" - MOİK
Hakimlər: Əmrah İbrahimov, Azad Q. Hüseynov, Zeynal Zeynalov, Zahid Həşimov
Tovuz şəhər stadionu

15:00. AZAL - "Muğan"
Hakimlər: Elçin Məmmədov, Aleksandr Musatkin, Elşən Acalov, Fuad Həsənov
"Şəfa" stadionu

16:00. "Qarabağ" - "Xəzər Lənkəran"
Hakimlər: Rövşən Əhmədov, Eldar Nağıbəyov, Mehman Mahmudov, Rəhim Həsənov
T.Bəhramov adına Respublika stadionu

31 oktyabr (bazar)

14:00. "Gəncə" - "Qəbələ"
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Rauf Cabbarov
Gəncə şəhər stadionu

14:00. "Simurq" - "İnter"
Hakimlər: Ramil Diniyev, Aydın Ələkbərov, Rza Məmmədov, Tahir Əhmədov
Zaqatala şəhər stadionu

17:15. "Bakı" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Roman Vasilyev, Əfqan Həmzəyev
T.Bəhramov adına Respublika stadionu