Şafer üçün “istefa” sədaları: 12 günə 3 məğlubiyyət bəsdir
                    
                    31.10.2010 - 19:11
                        
                        Unibank Premyer Liqasının XI turunda “Bakı” növbəti məğlubiyyətini aldı. Apasport.az saytının məlumatına görə, tarixinin ən uğursuz dövrünü yaşayan paytaxt təmsilçisi bu dəfə də “Neftçi” yə 0:2 hesabı ilə uduzub.
Bu, “Bakı”nın ardıcıl üçüncü məğlubiyyəti olub. Oktyabrın 20-də “Qarabağ”a 0:2, 24-də isə “İnter”ə 0:1 hesabı ilə uduzan komanda 12 gündə 3-cü dəfə meydanı başıaşağı tərk etdi.
Elə bu da “Bakı”sevərlərin qəzəbinə səbəb olub. “Neftçi” ilə oyun başa çatmamış fanatlar “istefa, istefa” sədaları ilə baş məşqçi Vinfred Şaferi postundan getməyə səsləyiblər.
Qeyd edək ki, “Bakı”ya baş məşqçi təyin olunduğu gündən uğursuzluqlarla yadda qalan almaniyalı mütəxəssisin istefası neçə vaxtdır gündəmdədir.
                        
                                0
                                
                                0