Zlatko Krançar: Azərbaycanla oyun bizim üçün ciddi sınaqdır
03.11.2010 - 13:19
“Azərbaycan yığması ilə yoldaşlıq görüşünün bizim üçün ciddi sınaq olacağını gözləyirik”. Lent.az-ın məlumatına görə, bu sözləri Çernoqoriya millisinin baş məşqçisi Zlatko Krançar “Vijesti” nəşrinə müsahibəsində deyib.
54 yaşlı mütəxəssis bildirib ki, 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində 4 oyuna 10 xal toplamalarına baxmayaraq, yoldaşlıq matçına arxayın çıxmaq olmaz. Xorvatiyalı mütəxəssisin fikrincə, millimizlə qarşılaşmaya peşəkarcasına yanaşmaq lazımdır: “Azərbaycan yığması yaxşı futbolçulara malikdir. Biz eyni tempdə davam etməliyik”.
Qeyd edək ki, Çernoqoriya və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü noyabrın 17-də Podqoritsa şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
- "Yuventus"un yeni səfər forması – Çəhrayı rəng geri döndü - FOTO
- 41 yaşında yeni müqavilə – Modriç “Milan”da qalır
- Nuri Şahindən "Fənərbaxça"ya dəstək – Qirassi üçün hərəkətə keçir
- İstanbul ağrısı, Afina zəfəri – “Milan”dan xüsusi forma - FOTO
0
0