Unibank Premyer Liqasının “11-liy”i
03.11.2010 - 13:50
Unibank Premyer Liqasının “11-liy”i
Unibank Premyer Liqasının təsnifat mərhələsində I dövrənin ən dəyərli oyunçuları müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, öz klublarının heyətində əvəzolunmaz sayılan cəmi 11 futbolçu qeydə alınıb. Bunlar arxada qalan 11 turun bütün görüşlərində 90 dəqiqə meydanda yer alanlardır.

AZAL hamıdan çox – 3 belə futbolçuya malikdir: Draqan Mandiç, Elvin Əliyev, Usim Nduka. Tovuzun “Turan” klubunda isə iki əvəzolunmaz var: Kamal Bayramovla Vurğun Hüseynov. Digər 6 futbolçu isə hərəsi bir komandanı təmsil edir. Edis Kurtanoviç “Gəncə”, Arif Daşdəmirov “İnter”, İrfan Feyziç “Muğan”, Pavel Doroşev “Qəbələ”, Elvin Yunusov “Simurq”, Radomir Todorov “Xəzər Lənkəran” üçün əvəzsiz sima sayılır.

4 klub - “Neftçi”, “Qarabağ”, “Bakı” və MOİK-də heç kimin yeri sığortalanmayıb. O ki qaldı 11 əvəzolunmaza, onlardan dördü – Kamal, Edis, İrfan və Pavel qapıçı, Vurğun, Usim, Elvin Əliyev, Elvin Yunusov Radomir müdafiəçi, Ariflə Draqan yarımmüdafiəçidir. Hücumçulardan isə heç biri 990 dəqiqə oynamayıb.

Qeyd edək ki, cəmi 32 futbolçu 11 qarşılaşmada iştirak edib.