“Trabzonspor”un rəsmisi Azərbaycana uduzmalarının ən böyük səbəbini açıqladı
03.11.2010 - 14:32
“Trabzonspor”un rəsmisi Azərbaycana uduzmalarının ən böyük səbəbini açıqladı
“Kimsə milli komandamızın Azərbaycana uduzmasının üzərində fərqli dayanmadı. Həmin görüşdə məğlub olmağımızın ən böyük səbəbi son dövrlər türk futbolçuların sayının azalmasından qaynaqlanır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Trabzonspor” klubunun futbol şöbəsinin rəsmisi İhsan Əlioğlu deyib.

Milli komandamızın oktyabrın 12-də evdə Türkiyə üzərində qazandığı qələbədən bir aya yaxın vaxt ötsə də, qardaş ölkədə hələ də bu haqda danışırlar. Bu dəfə “Trabzonspor” rəsmisi Superliqanın növbəti turunda “Qalatasaray”la vacib oyun öncəsi Bakıdakı görüşə toxunub. Əlioğlunun fikrincə, yığmamıza məğlubiyyətdən Türkiyədə düzgün nəticə çıxardıb, legionerlərin sayı azaldılmalıdır: “İstanbul klubları bütün ağırlıqlarını legionerlərin transfer etdikləri üçün Anadolu komandaları səviyyəli futbolçular ala bilir və uğur gəlir. Buna görə də Anadolu təmsilçilərinin turnir cədvəlinin zirvəsində durması təsadüfi deyil. Əcnəbi kontingenti qətiliklə məhdudlaşdırmaq lazımdır”.