Messidən Qvardiola üçün 100 qol
03.11.2010 - 14:46
Messidən Qvardiola üçün 100 qol
Argentina millisinin futbolçusu Lionel Messinin Çempionlar Liqasının qrup mərhələsinin IV turunda vurduğu qol tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının məlumatına görə, İspaniya “Barselona”sında çıxış edən hücumçu Danimarkada “Kopenhagen”in qapısına özü üçün yubiley qolu vurub.

Belə ki, Messi Xosep Qvardiolanın rəhbərliyi altında 100-cü dəfə fərqlənib. Mütəxəssisin komandaya gəldiyi iki ildən artıq müddətdə 117 matça çıxan argentinalı avrokuboklardakı qol sayında da 32-yə çatmaqla rekord müəllifi olub. O, klubun avrokuboklardakı ən yaxşı bombardiri braziliyalı Rivaldonu arxada qoyub.

Qeyd edək ki, Messi ümumilikdə “Barselona”da 147 qol vurub.