“Turan” 1000-i yarılayır
03.11.2010 - 15:00
“Turan” 1000-i yarılayır
Unibank Premyer Liqasının XII turu Tovuzun “Turan” klubu üçün xüsusi əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, Salyanda yerli “Muğan”ın qonağı olacaq qərb təmsilçisi milli çempionatlarda yubiley – 500-cü qarşılaşmasına çıxacaq.

1992-ci ildən start götürən ölkə birincilikləri tarixində bütün yarışların iştirakçısı olmuş “Turan” bu yubileyini özü kimi 19-cu dəfə çempionata qatılan “Qarabağ” və “Neftçi”dən sonra qeyd edəcək. Buna da səbəb tovuzluların 1998/99 mövsümünün II mərhələsində 6 deyil, 4 komandalı qrupda oynaması, həmçinin yarımçıq qalan 2001/02 mövsümünün final mərhələsində cəmi 2 dəfə meydana çıxması səbəb olub.

Qeyd edək ki, “Turan” indiyədək keçirdiyi 499 matçda 230 qələbə qazanıb, 97 heç-heçə edib və 172 dəfə uduzub.

MÖVSÜM

OYUN SAYI

I

1992

24+12*

II

1993

18+2*

III

1993/94

30

IV

1994/95

24

V

1995/96

20+10*

VI

1996/97

30

VII

1997/98

26

VIII

1998/99

26+6*

IX

1999/2000

22

X

2000/01

20

XI

2001/02

22+2*

XII

2003/04

26

XIII

2004/05

34

XIV

2005/06

26

XV

2006/07

24

XVI

2007/08

26

XVII

2008/09

26

XVIII

2009/10

22+10*

XIX

2010/11

11

CƏMİ

499


Qeyd: * işarəsi ikinci mərhələ oyunlarını göstərir.