Azərbaycan çempionatının intizamsız futbolçuları - SİYAHI
03.11.2010 - 15:24
MOİK-in futbolçusu Emil Paşayev Unibank Premyer Liqasının I dövrəsinin antirekordunu müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, autsayder komandanın sol cinah müdafiəçisi I dövrənin ən çox sarı vərəqə alan futbolçusudur – 7 dəfə. Artıq bir dəfə vərəqə limitini aşdığı üçün oyun buraxan Emil növbəti cəzanın astanasındadır. Yəni, Paşayev növbəti – 8-ci “sarı”sını alarsa, yenə cəzalı duruma düşəcək.
Diqqətinə çatdırdığımız siyahıda ən azı 4 “sarı”sı olan futbolçuları göstərmişik. Yəni milli çempionatımızda məhz bu sayda vərəqə alan futbolçu cəzalı olur. MOİK kimi Premyer Liqaya cari mövsümdə qayıdan “Gəncə” də bu siyahıda yer alıb. Özü də hər iki komanda iki futbolçu ilə təmsil olunub. Emilin ən yaxın izləyicisi olan gürcüstanlı Zura Dzamsaşvili cari mövsümdən ölkəmizdə oynayır. Onun komanda yoldaşı Ramal Hüseynovun intizamsızlığına, çox vərəqə almasına artıq adət etmişik.
Qeyd edək ki, cari mövsümdə qırmızı vərəqə alan futbolçuların hamısı bir dəfə bununla üzləşib. Yalnız Rafael Əmirbəyov AFFA-nın İntizam Komitəsinin (İK) iki dəfə cəzasına məruz qalır. Bu da onunla bağlıdır ki, “Gəncə”nin müdafiəçi ilk dəfə “Muğan”la Salyandakı oyundan sonra rəqibini vurması sonradan qeydə alınaraq, İK-da buna hüquqi qiymət verilmişdi. Rafael MOİK-lə səfərdə görüşündə isə sonradan meydana daxil olmuş və qısa müddətdə iki sarı, qırmızı vərəqə alaraq, qovulmuşdu.
İlk dövrədə ən çox sarı vərəqə alan futbolçuların siyahısı
1. Emil Paşayev (MOİK) – 7 (müdafiəçi, 10 oyun, 900 dəqiqə)
2. Zura Dzamsaşvili (“Gəncə”) – 6 (yarımmüdafiəçi, 10 oyun, 835)
3. Ramal Hüseynov (“Gəncə”) – 5 (yarımmüdafiəçi, 10 oyun, 820)
4. Ekrem Hodziç (“Muğan”) – 5 (müdafiəçi, 10 oyun, 900)
5. Anar Qasımov (MOİK) – 4 (yarımmüdafiəçi, 10 oyun, 794)

0
0