Azərbaycan futbolçuları almanların diqqət mərkəzində
03.11.2010 - 15:43
Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının keçirdiyi yoldaşlıq oyunları yerli mətbuatın diqqətindən kənarda qalmayıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin “Mittelbayerische” qəzetində yığmamız barədə yazı dərc olunub.
Almanlar həmyerliləri Sissi Raytın baş məşqçisi olduğu komandamız haqda müsbət fikirdə olduqlarını açıqlayıblar: “Almaniyada keçirilən təcrübə xarakterli təlim-məşq toplanışında Sissi Raytın baş məşqçisi olduğu Azərbaycanın qızlardan ibarət U-15 milli komandası bir neçə yoxlama oyununda qüvvəsini sınayıb. İkinci yoldaşlıq oyununda Azərbaycan təmsilçisi “VFB Reqensburq”un nəzdindəki həmyaşıd rəqiblərinə 5:0 hesabı ilə qalıb gəlib. Azərbaycan təmsilçisinin qarşıdakı günlərdə də yoldaşlıq görüşləri keçirməsi planlaşdırılır”.
Qeyd edək ki, millimiz Almaniyada “SV Leonberq”ə 2:4 hesabı ilə uduzsa da sonradan “VFB Reqensburq” və “Ziqetsdorf”u müvafiq olaraq 5:0 və 7:0 hesabları ilə məğlub edib.
Mənbə: affa.az

0
0