Arif Əsədovun istəyi və göstərişi
03.11.2010 - 16:08
“İnter”lə oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadığından futbolçuları məşqə yığdıq. "Bakı" ilə görüşdə iştirak edən futbolçular bərpa prosesi keçiblər, digərlərini isə ciddi məşqlərlə yükləmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
40 yaşlı mütəxəssis Unibank Premyer Liqasının XII turunun “İnter”lə oyunu haqda fikirlərini açıqlayıb: “Komandada əhval-ruhiyyə çox yaxşıdır. Bundan başqa, gündə bir dəfə məşq edirik. Komandanın kapitanı Rail Məlikovun zədəsi sağalmayıb. Üstəlik, Cavid İmamverdiyev, Ruslan Qurbanov və Vladimir Burdulinin yüngül zədələri var. Bununla belə, "İnter"lə oyuna yalnız qələbə qazanmaq üçün çıxacağıq. İlk dövrəni turnir cədvəlinin zirvəsində bitirdik. İkinci dövrəyə qələbə ilə başlamaq və xal ehtiyatımızı artırmaq istəyirik”.
Əsədov “Neftçi”dən ayrılıb Türkiyənin “Qalatasaray” klubuna keçən fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə bağlı suala da aydınlıq gətirib: “Çempionatın hazırlıq dönəmində biz fiziki təmrinlərdən az istifadə edirdik, əsasən kombinasiyalar üzərində çalışırdıq. Melkiorre olanda da fiziki hazırlıq məşqləri mənim göstərişimlə həyata keçirilirdi. Bu gün də onu əvəz edən məşqçilərimiz var ki, məşqdən əvvəl istiqamət verirəm, onlar da yerinə yetirirlər. Həmişə demişəm ki, əvəzedilməz məşqçi, əvəzedilməz futbolçu yoxdur. Bizim komandada hər bir şey öz qaydasındadır”.
Mənbə: neftchifc.com

0
0