Devran Ayhan “Qarabağ”ın mövqeyindən narazıdır
03.11.2010 - 17:44
“Qarabağ”a yeni gələndə zədələnməyim heç yerinə düşmədi. Daim öz üzərimdə çalışaraq zamanımı gözləyirdim. Hazır olmağım üçün vaxta ehtiyac vardı”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın türkiyəli futbolçusu Devran Ayhan klubunun rəsmi saytına açıqlamasında deyib.
“Xəzər Lənkəran”da 2 il oynadıqdan sonra bu yay “Qarabağ”a keçən yarımmüdafiəçi “Simurq”la matçda debüt etdi. Devran yeni klubuna uyğunlaşmaqda problem görmür: “Təbii ki, hamının eyni dildə danışması və fikirləşməsi komandanın ruhunun formalaşması üçün çox önəmlidir. “Qarabağ”da bu baxımdan demək olar ki, vəziyyət idealdır. Ona görə də burada özümü çox rahat hiss edirəm. İnanıram ki, mövsümün sonunda “Qarabağ”da ən azı bir titul qazanacağam”.
İlk dövrəni 5-ci yerdə bitirən Ağdam klubu həm çempionluq, həm də kubok uğrunda mübarizə aparır. Ayhan mövqelərini yaxşılaşdıracaqlarına əmindir: “Komandanın avrokuboklara erkən başladığı üçün müəyyən enişin olması normaldır. Amma getdikcə oyunumuzu tapırıq. Get-gedə daha yaxşı oynayacağıq. Hal-hazırda qərarlaşdığımız 5-ci pillə bizə qane etmir. Üstəlik, zədəli futbolçularımızın çoxluğu da öz sözünü deyir. Amma əmin ola bilərsiniz ki, tezliklə daha yuxarılara qalxacağıq”.

0
0