Xalq artisti “Bakı”ya uğur arzuladı - FOTO
03.11.2010 - 18:52
Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Qasımova “Bakı” klubunu ziyarət edib. Apasport.az saytının məlumatına görə, "Şöhrət" ordenli incəsənət xadimi paytaxt təmsilçisinin gündəlik həyatı və qayğıları ilə bağlı ətraflı məlumatlanıb.
Bakı Musiqi Akademiyası və İstanbul Dövlət Universiteti konservatoriyasının professoru olan Qasımova klubun gənc və yeniyetmələrin idmana cəlb olunması sahəsində gördüyü işləri yüksək qiymətləndirib: "Burada gördüklərimdən çox məmnun qaldım. Klubunuz böyük işlər görür. Cənab prezident İlham Əliyevin idmana xüsusi qayğısı və diqqəti sayəsində ölkəmiz bütün dünyada tanınır. Gəclərin və yeniyetmələrin idmana, təlimə, sağlam həyat tərzinə cəlb olunması olduqca böyük işdir. "Bakı" futbol klubunun fəaliyyəti mənim üçün ikiqat xoş təəssüratlarla yadda qaldı. Sizə gələcəkdə uğurlar arzulayıram. İnanıram ki, "Bakı" həmişə birincilər sırasında olacaq".
Qeyd edək ki, xalq artistinə "Bakı"nın atributları, "Toplu Bakı" jurnalının son buraxılışları hədiyyə olunub.
Mənbə: fcbaku.com

- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
- "Yuventus"un yeni səfər forması – Çəhrayı rəng geri döndü - FOTO
- 41 yaşında yeni müqavilə – Modriç “Milan”da qalır
- Nuri Şahindən "Fənərbaxça"ya dəstək – Qirassi üçün hərəkətə keçir
- İstanbul ağrısı, Afina zəfəri – “Milan”dan xüsusi forma - FOTO
0
0