“Qalatasaray”ın idman direktoru Bakıya gəldi
03.11.2010 - 21:07
“Qalatasaray”ın idman direktoru Bakıya gəldi
Türkiyənin "Qalatasaray" klubunun idman direktoru Adnan Sezgin Bakıya gəlib. Apasport.az saytının xəbərinə görə, onun səfərində məqsəd “Neftçi” rəhbərliyi ilə mövsümün sonuna qədər müqaviləsi olan məşqçi Covanni Melkiorrenin keçidini həll etməkdir.
Xatırladaq ki, bir müddət əvvəl fiziki hazırlıq üzrə italiyalı məşqçi Türkiyə təmsilçisinin yeni təyin edilmiş baş məşqçisi Georgi Hacının dəvəti ilə İstanbula yollanmışdı. Bu görüşdə həmçinin hər iki klub arasında qarşılıqlı əməkdaşlıq mövzusu da müzakirə ediləcək.