Adnan Sezgin: Bakıya Covanni Melkiorre üçün gəlməmişəm
04.11.2010 - 14:26
Adnan Sezgin: Bakıya Covanni Melkiorre üçün gəlməmişəm
“Bakıya səfərimin məqsədi komandamıza keçməsi müzakirə olunan Covanni Melkiorre ilə bağlı deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının qonağı olan Türkiyənin “Qalatasaray” klubunun idman direktoru Adnan Sezgin deyib.

“Neftçi” klubunun dəvəti ilə ölkəmizdə olan Sezgin səfərinin əsas səbəbini belə izah edib: “Neftçi” rəhbərliyi bizə əməkdaşlıq təklif etmişdi. Biz də bunu müsbət dəyərləndirdik və Bakıya gəldim”.

Sezgin bildirib ki, “Neftçi”dən “Qalatasaray”a keçən fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə bağlı yaranan problem xırda məsələdir: “Melkiorre məsələsi “Qalatasaray”lıq məsələ deyil. Baş məşqçimiz Georgi Hacı onu öz komandasında görmək istədi. Melkiorre məsələsi ciddi problem deyil və tezliklə həllini tapacaq”.