“Qalatasaray” azərbaycanlı futbolçuları heyətinə qatır
04.11.2010 - 14:31
“Qalatasaray” azərbaycanlı futbolçuları heyətinə qatır
Türkiyənin “Qalatasaray” və Bakının “Neftçi” klubları arasında əməkdaşlıq kompleks şəklində olacaq. Apasport.az saytının məlumatına görə, iki klub əsas komandalar arasında yoldaşlıq görüşü ilə başlayan əməkdaşlıq çərçivəsində uşaq futboluna da diqqət yetirəcək.

Belə ki, “Neftçi”nin aşağı yaş qruplarında olan istedadlı futbolçular kiçik qruplar şəklində “Qalatasaray”ın təlim-məşq toplanışlarına qatılacaq. Onlardan istedadlılar Türkiyə təmsilçisində qalacaq, digərləri isə böyük təcrübə qazanacaq.

Qeyd edək ki, bu, Azərbaycan futbolunda yenilik deyil. Əvvəllər “Fənərbaxça”, “Hoffenhaym”, “Hannover” kimi bir sıra klubların da hazırlıqlarında azərbaycanlı futbolçular iştirak ediblər.