Elmar Baxşiyev: Belə getsə, çempion olarıq
04.11.2010 - 16:53
Elmar Baxşiyev: Belə getsə, çempion olarıq
“Neftçi” 5 ildir turnir cədvəlinin zirvəsində qərarlaşa bilmirdi. Ancaq klubun yeni prezidenti Sadıq Sadıqovun gəlişindən sonra komanda yenidən quruldu, heyətə yeni futbolçular cəlb olundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun futbolçusu Elmar Baxşiyev deyib.

“Ağ-qaralar” Unibank Premyer Liqasının 12-ci turunun oyununda noyabrın 6-da "İnter"lə qarşılaşacaq. Flaqmanın yarımmüdafiəçisi oyunla bağlı fikirlərini klubun rəsmi saytına bildirib. Baxşiyevin sözlərinə görə, flaqman oyunlarını bu tempdə davam etdirərsə, çempion adını qazanmaq problem olmayacaq: “Düşünürəm ki, bu tempdə davam etsək, sonda çempionluğu biz qazanacağıq. "İnter"lə qarşıdakı oyuna gəldikdə isə deyə bilərəm ki, rəqibimiz iddialı klubdur. Bizi çox çətin oyun gözləyir. Ümumiyyətlə, Premyer Liqada asan rəqib yoxdur. Hər oyunumuz gərgin, lakin eyni zamanda, maraqlı keçir. Bütün gücümüzü ortaya qoyub, qələbə qazanacağıq”.