Saşa Yunisoğlu: İtirilən xalları sığortalamağa məcburuq
04.11.2010 - 17:20
Saşa Yunisoğlu: İtirilən xalları sığortalamağa məcburuq
“İstənilən oyuna ancaq qələbə istəyi ilə çıxırıq. Bu, tək mənim yox, bütün komandanın arzusudur. Əsas odur ki, öz oyunumuzu göstərə bilək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Saşa Yunisoğlu deyib.

Mövsümə uğursuz start verən, amma son 5 oyunda uduzmayan Toni Adamsın yetirmələri şənbə günü çempionluğa iddialı “Xəzər Lənkəran”la qarşılaşacaq. “Qəbələ”nin baş məşqçisi kimi Premyer Liqada ilk rəsmi oyununu Lənkəran təmsilçisinə qarşı keçirən əyalət klubu minimal hesablı məğlubiyyətlə barışmalı olmuşdu: “Məqsədimiz ilk “altılığ”a düşməkdir. Rəqibin kimliyindən asılı olmayaraq, biz 3 xal haqda düşünürük. Son oyunda “Gəncə” ilə üz-üzə gəldik və xal itirdik. Ona görə də, geriyə yol yoxdur. İnanıram ki, “Qəbələ” istənilən rəqiblə baş-başa mübarizə apara biləcək”.

Başa çatan I dövrə haqda da danışan 25 yaşlı müdafiəçi itirilən xalları sığortalamağa çalışacaqlarını deyib: “Çempionat başlayanda komanda təzə yığılmışdı. Heyətin 70 faizi oyunların startına 2 həftə qalmış komandaya qoşuldu. Ona görə də 4 oyunu uduzduq. İndi itirilən xalları sığortalamağa məcburuq. Avrokuboklara vəsiqə qazanmaq istəyirik”.