“Komandamızda əsas problem “vuran ayağın” olmamasıdır”
04.11.2010 - 17:51
“Turan” yaxşı komandadır. Premyer Liqanın köklü klublarından biridir. Amma biz də öz meydanımızda yaxşı çıxış edirik. Ona görə də 3 xalı biz qazanacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun kapitanı Elnur Abdullayev deyib.
Salyan təmsilçisi yayda heyətini gücləndirsə də, arxada qalan I dövrədə hələ istənilən oyunu göstərmir. Kapitan qeyri-sabit oyunu hücumçu problemi ilə əlaqələndirir: “Komandada dəyişiklik çox oldu. Elə futbolçular var ki, hələ də komandaya uyğunlaşa bilmirlər. Həm də qol vura bilməməyimiz əksər oyunların heç-heçə ilə nəticələnməsinə gətirib çıxarır. Fikrimcə, “Muğan”da əsas problem “vuran ayağın” olmamasıdır”.
Ötən mövsüm Premyer Liqadakı yerini qorumağa çalışan “Muğan” bu dəfə ilk “altılığ”a düşmək istəyir. Elə heyətin gücləndirilməsi də bu məqsədlə edilib. Ancaq Salyan klubu I dövrəni 9-cu pillədə qapayıb. Lakin kapitan şanslarının davam etdiyini deyib: “Hələ şansımız var. 6-cı pillədəki komanda ilə cəmi 5 xal fərqimiz var. “Turan”la oyunda qələbə qazanıb, uğurlu seriyaya başlamaq istəyirik”.

0
0