Rəşad Sadıqova borclu olan prezident intihara cəhd edib?
05.11.2010 - 10:43
Rəşad Sadıqova borclu olan prezident intihara cəhd edib?
“Kocaelispor” klubunun prezidenti Muammer Çelik zəhərlənib. Apasport.az saytının məlumatına görə, dərmandan halı pisləşən klub rəhbəri İzmit Dövlət xəstəxanasına yerləşdirilib.

İşçiləri tərəfindən huşu itirlimiş halda tapılan Çelik dərhal xəstəxanaya aparılıb. Onun zəhərlənməsinə səbəb həddindən artıq dərman qəbul etməsi olub. Mədəsi yuyulan prezident reanimasiyada müalicə olunur. Çelikin intihara cəhd etməsi ehtimalı da var.

Qeyd edək ki, Çelik Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov “Kocaelispor”da oynadığı vaxt rəhbərlikdə yer alırdı. Sonradan prezident seçilən Çelik futbolçumuza da borclu olduğunu bildirmişdi.