Messi və Ronaldoya yerini göstərən tapıldı
05.11.2010 - 10:47
Messi və Ronaldoya yerini göstərən tapıldı
Dünyanın ən məşhur futbolçularının siyahısı açıqlanıb. Apasport.az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi internet saytında keçirilən sorğunun növbəti nəticələri məlum olub.

İran millisinin futbolçusu Kərim Baqiri 30416 səs toplayaraq, dünyanın bütün ulduzlarını da arxada qoyub. Asiya və Afrika təmsilçilərinin hegemonluq etdiyi siyahının ilk “onluğ”unda Avropada tanınan cəmi iki futbolçu var.

Bunlar 4442 səslə 8-ci olan portuqaliyalı Kriştianu Ronaldo və 3900 xalla 10-cu olan argentinalı Lionel Messidir. Müvafiq olaraq İspaniyanın “Real” və “Barselona” klublarında çıxış edən bu iki futbolçu “Qızıl top”a namizədlərdən sayılsa da, sorğuda liderlərdən çox geri qalır.