Həsrət bitəcək, yoxsa Qurbanov gedəcək?
02.12.2010 - 12:00
“Qarabağ” klubunun “İnter” komandasına qarşı sindromu var. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi 1693 gündür öz meydanında keçirdiyi çempionat oyunlarında “bankirlər”i məğlub edə bilmir.
Rəqib meydanındakı 5 qarşılaşmada 2 qələbə qazanan “İnter” ağdamlılara cəmi 3 heç-heçə “bağışlayıb”. Həmin son 3 görüşün hamısı da eyni – 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın öz meydanındakı axırıncı qələbəsi 2006-cı il aprelin 16-da qeydə alınıb - 1:0. Həmin matçdan sonrakı 48 ay, daha dəqiqi 1693 gün sonra Qurban Qurbanovun yetirmələri uğursuz seriyanı qırmağa çalışacaqlar.
Bu, futbolçu karyerasını “İnter”də başa vuran Qurbanov üçün baş məşqçi postunda sonuncu görüş də ola bilər. Çünki ardıcıl 3 turdur xalsız qalan ağdamlıların çempionatdakı vəziyyəti o qədər də ürəkaçan deyil.
Azərbaycan Premyer Liqasının XVI turunun dekabrın 4-də keçiriləcək matç rəqiblərin Premyer Liqada 21-ci oyunu olacaq. 6 dəfə 1 xalla ayrılan rəqiblərin duellərində “İnter” 8, “Qarabağ” isə 7 qələbə qazanıb.

mövsüm | “İnter”in meydanı | Qarabağ“ın meydanı |
1999/2000 | 0:0 | 0:2 |
2000/01 | 0:0 | 0:3 |
2003/04 | 0:2 | 1:3 |
2004/05 | 1:0 | 1:3 |
2005/06 | 2:0 | 0:1 |
2006/07 | 1:0 | 1:0 |
2007/08 | 1:0 | 1:0 |
2008/09 | 1:1 | 1:1 |
2009/10 | 2:1, 0:1 | 1:1, 1:1 |
2010/11 | 1:0 |
|
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0