Yığmamızın hücumçusu əvəzedici komandada
02.12.2010 - 12:13
“Neftçi” transferə çıxardığı hücumçu Fərid Quliyevi əvəzedici komandasına göndərib. Apasport.az saytının məlumatına görə, əsas komandanın baş məşqçisi Arif Əsədovun imtina etdiyi 24 yaşlı hücumçuya özünə yeni klub tapana kimi əvəzedici heyətdə oynamasına şərait yaradılıb.
“Neftçi”nin əvəzedicilərinin baş məşqçisi İqor Getman bununla bağlı klubun rəsmi saytına fikirlərini bildirib: “Fərid Quliyev transferə çıxarılsa da, klub rəhbərliyi onun əvəzedici heyətdə məşq etməsi üçün şərait yaradıb. Fərid yığma komandanın üzvüdür, peşəkar futbolçudur. Formasını itirməməyi üçün ona mütləq məşq etmək lazımdır. Biz ona kömək etməyə hazırıq. Quliyev əvəzedici heyətlə birgə məşqlərə qatıla və məşqçilər korpusunun qərarı ilə oyunlarda iştirak edə bilər”.

0
0