Qyoko Hacıyevski əvvəl anasını, sonra atasını itirdi
02.12.2010 - 13:02
“Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski Azərbaycanı tərk edib. Bu haqda apasport.az saytına komandanın prezidenti Zaur Məmmədov məlumat verib. O bildirib ki, makedoniyalı mütəxəssisin atası dünyasını dəyişib. Bu səbəbdən ötən gecə təcili vətəninə yollanan Hacıyevskinin Premyer Liqanın növbəti turunda keçmiş komandası “Bakı” ilə oyuna gəlməsi sual altındadır.
Məmmədovun sözlərinə görə, baş məşqçinin dekabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə qədər özünü çatdıracağı hələ bilinmir: “Hacıyevski atasının ölümü ilə bağlı xəbəri alan kimi gecə səfərə çıxdı. O, ilk olaraq İstanbula yollandı və orada hava reysini dəyişərək, Skopyeyə gedəcək. Baş məşqçimizlə nə vaxt qayıdacağını danışa bilmədim. Onun bu yaxınlarda anası da rəhmətə getmişdi. Hacıyevski qısa müddətdə valideynlərinin hər ikisini itirdi və ondan belə məqamda nə vaxt dönəcəyini soruşmaq etik cəhətdən düzgün çıxmazdı. Baş məşqçimiz “Bakı” ilə görüşə gələ bilməsə, komandanı oyuna köməkçisi Böyükağa Ağayev çıxaracaq. O da təcrübəli məşqçidir və komandamız istənilən halda, meydana xal qazanmaq üçün çıxacaq”.
Mehman SÜLEYMANOV

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0