Qohumları Osman N’Doyeni “Xəzər Lənkəran”a buraxmırlar
02.12.2010 - 15:39
“Xəzər Lənkəran”a keçidi gündəmdə olan Osman N’Doyeninin qohumları bu transferin əleyhinədir. Apasport.az saytının məlumatına görə, seneqallı yarımmüdafiəçinin yaxınları onu Azərbaycana gəlmək fikrindən daşındırmağa çalışırlar.
Elə Naffi Fall da bu fikirdədir. Osmanın qohumlarından olan bu afrikalı gözəlçə onun Azərbaycana gəlməsinə özünəməxsus şəkildə etiraz edib. Yarımçılpaq şəkildə kameralar qarşısına çıxan Naffi həm öz gözəlliyini, həm də kürəyinə yazılan müraciəti nümayiş etdirib. Belə ki, onun bədəninin arxa hissəsində “Osman, Rumıniyada qal” sözləri yazılıb.
Qeyd edək ki, 2008-ci ildə Rumıniyaya yollanan Osman 2009-cu ildən Buxarest “Dinamo”sunun şərəfini qoruyur.

0
0