AFFA-nın baş katibi dünya çempionu ilə görüşdü
02.12.2010 - 15:29
AFFA-nın baş katibi dünya çempionu ilə görüşdü
UEFA-nın Təhsil Şöbəsinin üzvü Daniel Rayser Bakıda səfərdədir. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumunun nümayəndəsi səfər müddətində AFFA tərəfindən təşkil olunan məşqçi kurslarının fəaliyyəti ilə tanış olacaq və ölkəmizdə Pro kateqoriyalı məşqçi kurslarının keçirilməsi barədə rəy hazırlayacaq.

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Texniki direktor Bernard Lippetlə Rayser arasında görüş keçirilib. Görüşdə futbol təhsilinin səviyyəsinin yüksəldilməsinin vacibliyi qeyd olunub. Məmmədov bu istiqamətdə AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, 2009-cu ildə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatında İsveçrə yığması Rayserin rəhbərliyi ilə dünya çempionu titulunu qazanıb.

Mənbə: affa.az