Fərid Quliyev üçün yeni təklif - EKSKLÜZİV
02.12.2010 - 16:39
Azərbaycan yığmasının futbolçusu Fərid Quliyev karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu qonşu ölkənin “Güngörən Bələdiyyəspor” klubunun maraq dairəsindədir. Belə ki, Türkiyə təmsilçisi “Neftçi”nin heyətində özünü göstərə bilməyən və bu səbəbdən transferə çıxarılan Fəridi heyətinə qatmaq niyyətindədir.
Türkiyə çempionatının aşağı dəstəsində - Bank Asiya I Liqada çıxış edən “Güngörən Bələdiyyəspor” hücum xəttindəki problemini məhz həmyerlimizlə aradan qaldırmaq istəyir. Belə ki, klub keçirdiyi 13 qarşılaşmada vur-tut 6 qol vura bilib. Hazırda 17 komanda arasında 15-ci pillədə olan və autsayderlər qrupundan qurtulmağa çalışan komanda II liqaya düşməmək üçün mübarizə aparır.

0
0