2018-ci ildə dünya çempionatı Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək
02.12.2010 - 20:17
2018 və 2022-ci illərdə futbol üzrə dünya çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, bu barədə qərar FİFA İcraiyyə Komitəsinin bu gün İsveçrənin Sürix şəhərində keçirilən toplantısında qəbul olunub.
2018-ci il dünya çempionatının Rusiya Federasiyasında, 2022-ci il dünya birinciliyinin isə Yaxın Şərq ölkəsi Qətərdə keçirilməsi qərara alınıb. Keçirilən gizli səsvermədə Rusiya digər iddiaçılar - İngiltərəni, İspaniya-Portuqaliya və Belçika-Hollandiya birgə təşəbbüslərini üstələyib.

0
0