“Bəzilərinin gözləri “Neftçi”nin qazandığı uğurları görmək istəmir”
02.12.2010 - 22:47
“Bəzilərinin gözləri “Neftçi”nin qazandığı uğurları görmək istəmir”
"Neftçi"nin futbolçusu Ruslan Abışov dekabrın 4-də Unibank Premyer Liqasının XVI turunun AZAL-la oyunu haqda fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın kapitanı bildirib ki, qarşılaşma çətin olacaq: “AZAL son turlar bizi izləyir, liderlər qrupundan ayrılmır. Rəqib çox güclüdür, amma inanıram ki, qələbəni biz qazanacağıq".

Abışov son vaxtlar mətbuatda komandası barədə yayılan əsassız fikirlərə də münasibətini bildirib: "Bəzilərinin gözləri "Neftçi"nin qazandığı uğurları görmək istəmir. Oyunlarımız televiziya vasitəsilə canlı yayımlanır və xalq da görür ki, "Neftçi"nin əvvəlki ruhu özünə qayıtmaqdadır. Xalqın gözü tərəzidir və qazandığımız nəticələr də, göstərdiyimiz oyun da bizim hamıdan güclü olduğumuza əyani sübutdur. "Neftçi" meydanda təmiz oyunu ilə qələbələrini bundan sonra da davam etdirəcək”.