“Neftçi”nin sabiq futbolçusu “Nyukasl”da
03.12.2010 - 00:00
“Neftçi”nin sabiq futbolçusu “Nyukasl”da
“Neftçi” klubunun sabiq futbolçusu Tomislav Mişura karyerasını Avstraliyada davam etdirə bilər. Apasport.az saytının xəbərinə görə, sloveniyalı hücumçu aşağı dəstə təmsilçisi “Nyukasl Jet” komandasının maraq dairəsindədir. 2005-ci ildə “ağ-qaralar”a gələn Mişuranın bu komandada qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.