Utanc yeri
03.12.2010 - 00:04
Utanc yeri
Avroliqanın qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Lex" - "Yuventus" oyunu haqqında mülahizələr davam etməkdədi. Apasport.az saytının xəbərinə görə, turinlilərin əfsanəvi futbolçusu Alessandro del Pyero matçın -11 dərəcə temperaturda keçirilməsinə öz iradını bildirib: "Bu şərtlər altında daha əvvəl heç oynamamışdım. Mənim üçün yeni bir təcrübə oldu. İkinci hissədə meydandakı xətləri və topu belə görmək olmurdu. Məhz buna görə də oyunun keçirilməsi olduqca yalnış bir addım idi. Bununla belə, qalib gəlməyi bacarmadıq. Əlbəttə, bu, çox utancverici haldı. Qrupda keçirdiyimiz heç bir oyunda məğlub olmasaq da, qrupdan çıxa bilməməyimiz bizi daha çox məyus edir".

Qeyd edək ki, "Yuventus" Avroliqanın A qrupunda "Mançester Siti", "Lex" və "Zalsburq" kimi klublarla mübarizə aparsa da, uğur qazana bilmədi. Bu qrupdan növbəti mərhələyə İngiltərənin "Mançester Siti" və Polşanın "Lex" klubları vəsiqə qazanıb. Turinlilər isə 5 oyunun hamısında heç-heçə edib.