Mahir Şükürovu indi də “Spartak”a “göndərirlər”
03.12.2010 - 00:11
Azərbaycan millisinin və Rusiyanın "Anji" klubunun futbolçusu Mahir Şükürov vətənə qayıdıb. Apasport.az saytının xəbərinə görə, 28 yaşlı müdafiəçi hazırda gələcək karyerasını hansı klubda davam etdirəcəyi haqda düşünür.
Futbolçunun yaxın çevrəsindən verilən məlumata görə, Şükürova Rusiya Premyer Liqasına yenicə vəsiqə qazanan Nijni-Novqorodun "Volqa" komandasından əlavə, çempionatı 6-cı pillədə başa vurmuş Nalçik "Spartak"ından da təklif gəlib. "Volqa"dan onu hələ "Anji"də birgə çalışdığı baş məşqçi Omari Tetradze istəyir. "Spartak"a gəlincə, klubun vitse-prezidentlərindən biri təcrübəli müdafiəçinin xidmətlərində maraqlıdı. Nalçik komandasının baş məşqçisi Yuri Krasnojanın isə Moskva "Lokomotiv"inin "sükanı arxasına" keçəcəyi gündəmdədi.
"Anji" rəhbərliyi, baş məşqçi Hacı Hacıyev və yerli azarkeşlər Şükürovun qalmasında israrlıdı. Elə futbolçunun da klubla hələ 2 illik müqaviləsi var. Sadəcə, həmyerlimizin Mahaçqala komandasının köməkçi-məşqçisi Andrey Qusinlə münasibətləri qaydasında deyil. Lakin əslən ukraynalı Qusin Kiyev "Dinamo"suna yollana bilər. "Dinamo"nun prezidenti İqor Surkis onun vaxtilə futbolçu kimi çıxış etdiyi komandaya məşqçi qismində qayıtmasında maraqlıdı. Bu baş versə, Şükürov karyerasını "Anji"də davam etdirəcək. Əks halda, o, təklifləri də nəzərdən keçirə bilər. İstənilən halda, təcrübəli müdafiəçinin Mahaçqalada qalma ehtimalı daha yüksəkdi.
Mənbə: Ekspressfutbol” qəzeti

0
0