Mirça Rednik: Hər şey ilin sonunda bəlli olacaq
03.12.2010 - 00:16
Mirça Rednik: Hər şey ilin sonunda bəlli olacaq
“Xəzər Lənkəran”ın çalışdırıcısı Mirça Rednik Rumıniyanın “Rapid” komandasında forma geyinən Braziliyanın gənclər yığmasının sabiq üzvü Karluş Sezar Santuşu mümkün transferi haqda fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, rumın məşqçi bildirib ki, hələlik bu işdə fəal olmağa ehtiyac duymur: “Mənim “Rapid” klubuna problem yaratmaq fikrim yoxdur. Bununla belə, hər şey ilin sonunda bəlli olacaq”.