Azərbaycan “Müqəddəs torpağ”a çevrilib
03.12.2010 - 17:52
Rusiya Premyer Liqasının son mövsümündə uğursuz çıxış edən “Sibir” klubunun aşağı dəstəyə yuvarlanması komandanın legionerlərinə də təsir edib. Apasport.az saytının məlumatına görə, Novosibirsk təmsilçisinin əcnəbi futbolçuları özlərinə yeni klub tapmağa çalışırlar. Makedoniya yığmasının üzvü Veliçe Şumilikoski isə artıq keçidini həll edib. O, karyerasını Qazaxıstanın “Tobol” klubunda davam etdirəcək.
Gələn il keçiriləcək “Birlik kuboku” və Çempionlar Liqasında Azərbaycan təmsilçisi “İnter”in potensial rəqibi olan “Tobol”un bu transferinə makedoniyalılar da münasibət bildiriblər. Belə ki, bu ölkədən olan həmkarlarımız həmyerlilərinin postsovet məkanı ölkələrində həvəslə oynamasına qısa şərh veriblər: “Azərbaycan və Qazaxıstan kimi ölkələr makedoniyalı futbolçular üçün Müqəddəs torpağa çevrilib. Artıq Şumilikoski də digər oyunçularımızın yolunu tutaraq, “Tobol”a keçdi”.
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 4 makedoniyalı çıxış edir. Bunlar Filip Despotovski (“İnter”), İqor Mitreski və Slavko Georgiyevski (hər ikisi “Neftçi”), Saşko Pandevdir (“Muğan”).

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0